Qaranlıq dünya.
tr·@sirabende·
0.000 HBDQaranlıq dünya.
Yuxudan oyandı. Elə bil üzündə bir əl gəzirdi. Qeyri-iradi əlini üzünə apardı. Üzünün sol tərəfi şirin-şirin qaşınırdı. Ovxalamaq istədi. Əli sarğılara toxundu. Yuxulu beyni bir andaca oyandı.  [1](https://spark.adobe.com/page/cDrqaS4EWm89J/images/217C8808-DCFF-4529-8CB3-287391D6AE56.jpg?asset_id=2BEFA5D8-9058-44F9-A0CB-4BBE84B21011&size=1024) Hər şey , dünən olan müdhiş hadisə bütün dəhşəti ilə gözünün qabağında canlandı... Hə, axşamüstü idi.Həyətimizin qabağında durmuşdum. Əmimin oğlu Vüqar bir dəmir döyəcləyirdi. Biz söhbət edirdik. Və birdən nə isə oldu. Sifətimdən ilıq bir şey axırdı.Axı bu nədi? Bu mənim gözümdü axı. Elə bil görmürəm axı. Sonrasını düşünmək istəmədi. Hay-küy, anasının " evim yıxıldı" -deyib qışqırması. Bakıya gedən bitməz-tükənməz yol.5 saat çəkən göz əməliyyatı. Çarpayısı palatanın pəncərəsinin qarşısında idi. Bu səhər üzündə gəzən də əl deyildi, günəşin ilıq şüaları idi. Və acı bir həqiqətlə üz -üzə idi.Sol gözü artıq görməyəcəkdi. Bunu düşünmək belə faciə idi, o ki qaldı onu yaşamaq. 10 il keçib o hadisədən.Bu on ildə minlərlə dəfə " bəlkə bu səhər görəcəyəm" ümidini dəfn eləmişdi.Bacısının bir gözünü əli ilə tutub bir gözlə yaşamaq necə olursa təsəvvür etmək istədiyini görməzdən gəlmişdi.Və bu 10 ildə dünyanı ikiyə bölünmüş halda görməyə alışdı. İnsan nələrə alışmır ki...  [2](http://upload.az/foto/arxiv/zulmet_81477660641.jpg) Bu 10 ildə həm də ona alışdı ki, insanın gözünü itirməsi hər şeyin sonu deyil. O qədər görüb kor olanlar var ki, İnsan o qədər güclü varlıqdır ki, yox olanı bir şəkildə var edə bilir.  [3](http://dushunce.az/files/resized/58778/621;434;566066a5566f1ec5d67bdc065e6661e78ab260eb.jpg) Həyətdə oynayan oğlunun səsinə düşüncələrdən ayrıldı. Oğlu " ata, söz vermişdin , bizi gəzintiyə aparacaqsan"- deyə çagırırdı. Bu səsin sehri ilə hər yer al -əlvan oldu. O sol tərəfdəki qaranlıq dünya da. Sevgilər. Nurengiz Bagırova.
👍 kryptoniabot, superiorcoin, owenhernandez, kryptonia, sirabende, soteyapanbot, vasifalibeyli, hr1, steinhammer, pelin, mahir12, avina, edebiyat, murattatar, dasrow, onlyblack, househusband, tahirozgen, quraturk, altcoiner, tryardim, baranturk, akineton, ocetinkaya, monomyth, myego13, alkmaar, cuaderno, bozgun, uzercanan, sjomeath, agememnon, ahmeterbay, hkmusic, vertona, divergents, janebirkin, siberkomutan, nedir, ozgezilbeyaz, alidesidero, drfrostgirl, ozeryilmaz, chardonnay, batuhoca, ucmuharfli, sedatcelik, tach, sahinadm, korkmaz, geographer, c-squared, mindstabber, azerbaycan, trliste, famil,